
"Qarabağ" klubu hücumçu Nəriman Axundzadənin MLS təmsilçisi "Kolumbus Kryu"ya keçidinə yaşıl işıq yandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi açıqlama yayıb:
"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kryu" klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır".
Nəriman “Qarabağ”ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.