
"Tottenhem"in hücumçusu Rişarlison karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Fichajes"-ə istinadən xəbər verir ki, onun xidmətində "Atletiko Madrid" maraqlıdır.
Məlumata görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone artıq bu yay üçün 29 yaşlı forvardın transferinə icazə verib. Simeone hesab edir ki, braziliyalı hücumçu hücuma intensivlik, hərəkətlilik və aqressivlik gətirə bilər.
Rişarlisonu "Flamenqo" da transfer etmək üçün çalışır.
Qeyd edək ki, Rişarlisonun "Tottenhem"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, bu mövsüm "Tottenhem"də 31 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.