
"Los Angeles Qalaksi"nin ulduz yarımmüdafiəçisi Marko Roys yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, MLS klubu almaniyalı futbolçunun müqaviləsinin müddətinin 2027-ci ilin sonuna qədər uzadıldığını rəsmən açıqlayıb.
Roys "Qalaksi"yə 2024-cü ilin yayında "Borussiya Dortmund"dan azad agent kimi keçib. O, hazırkı komandasında 42 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Almaniya millisinin sabiq yarımmüdafiəçisinin mayın 31-də 37 yaşı tamam olacaq.