
Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov mətbuat önünə saat 15:00-da çıxacaq.