
Azərbaycan II Liqasında XVI tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutacaq.
Çempionatın debütantı "Şirvan" Bakıda "Dinamo"nun qonağı olacaq. Pərviz Bayramovun baş məşqçisi olduğu bölgə təmsilçisi görüşdən xalla ayrılmağı bacarsa, 4-cü pilləyə yüksələcək. Hazırda altıncı pillədə qərarlaşan "Şirvan"ın ən yaxın izləyicisi olan "nazirlik təmsilçisi" isə xal fərqini 7-yə endirmək əzmindədir.
Qeyd edək ki, turun digər oyunlarında "Qaradağ Lökbatan" "Şəmkir"i 4:0, "Xankəndi" "Araz Saatlı"nı 2:1, "Ağdaş" "Şəki Siti"ni 4:1 hesabı ilə üstələyib. "Quba" - "Kür-Araz" (0:0) və "Ağstafa Gəncləri" - "Göygöl" (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.
Azərbaycan II Liqası
XVI tur
4 mart
“Dinamo” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Azər Əsgərov
Binə qəsəbə stadionu, 14:30
