16:48 04.03.2026 835

"Kəpəz"ə "günahı olmayan daş atsın"

Son günlər yenə ölkə mediasının gündəmində olan "Kəpəz" barədə müxtəlif yazılar yazılır, fikirlər səsləndirilir. Mövzu tələbkar azarkeşi və titulları ilə hazırki çıxışı arasında uyğunsuzluq olan "Kəpəz"dirsə, mətbuatın klubu daim diqqətdə saxlaması təbiidir. Bu, jurnalistikanın təbiətində olan prosesdir – səslənən iddialar müzakirə edilir, ictimailəşdirilir.

Lakin diqqət çəkən məqamlardan biri mediadan kənar bir şəxsin də klubla bağlı məsələlərə sərt münasibət bildirməsi oldu. Söhbət millət vəkili Müşfiq Cəfərovdan gedir. O, sosial şəbəkə hesabında Gəncə təmsilçisinin indiki rəhbərliyini kəskin tənqid edib. Millət vəkili paylaşımında yeni rəhbərliyin idarəçiliyinə şübhə ilə yanaşdığını açıq şəkildə ifadə edib. 

"Kəpəz"i ən çox tənqid edənlərdən biri biz olmuşuq. İradlarımızın bir çoxunda da haqlıyıq. Ancaq nəzərə alsaq ki, “Kəpəz”in əvvəlki dövründə Cəfərov İdarə Heyətində təmsil olunub, müəyyən suallar yaranır. Bu yerdə "günahı olmayan daş atsın" deyimi yerinə düşür. Axı cənab Cəfərovun toxunduğu problemlər ötən il daha qabarıq şəkildə öz əksini tapırdı. Sabiq funksionerin dövründə idarəçilik daha yaxşı idisə, niyə bu problemlər əvvəlki illərdə öz həllini tapmırdı?

Ötən mövsümə qədər klubda çalışmış bəzi şəxslər də məhz millət vəkilinin vasitəsi ilə vəzifəyə gətirilmişdilər. Biri elə Cabir İbrahimov. Uzun illər əvvəl çalışmış İbrahimovun icraçı direktor və Akademiya direktoru vəzifələrinə irəli çəkilməsi Müşfiq müəllimin dövrünə təsadüf edir. Görünür ki, sabiq funksioner onu klubdan, proseslərdən uzaq salan indiki rəhbərliyə acıqlıdır və iradlarını emosiyalara qapılaraq səsləndirir.   
 
Məsələ həm də yalnız bir klub ətrafında polemika deyil. Söhbət Gəncədə idman idarəçiliyi, xüsusilə futbol sahəsində yanaşmalardan gedir. Nəzərə alsaq ki, Cəfərovun klubun dirçəlməsinə dəstək üçün "əli uzundur", imkanları genişdir, gerçək "Kəpəz"li kimi davranmaqla daha çox rəğbət qazanar, nəinki indi haqlı-haqsız iradlar səsləndirmək. Bu, kənardan elə də yaxşı görünmür, cənab Cəfərov.   

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 Avqust 2026
14:21

"Mingəçevir" son yoxlama oyununda heç-heçə etdi

14:03

"Tvente"nin Bakıya nə vaxt gələcəyi bilindi

13:44

Əliyev FİFA referisinə çatdı - Hakimliyin mənzərəsi

13:27

Rüfət Abbasov: "90-cı ilimizdə çempion olmaq istəyirik"

13:08

"Neftçi"nin hücumçusunun son vəziyyətinə aydınlıq gəldi

12:50

"Neftçi" çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi" - Arif Əsədov

12:29

"Trabzonspor" Fabinyonun gəlişini açıqladı - RƏSMİ

12:11

"Cavab görüşü ilk matçdan çox da fərqlənməyəcək"

11:52

"Neftçi" 300-ə darmadağınla çatdı

11:37

O, buna nail olan 39-cu qapıçıdır

11:24

Mövsümdə ilk, "Neftçi" üçün 150-ci

11:10

"Fənərbağça" sabiq oyunçusunu yenidən alır

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Vinçenzo İtalyano: "Problem ondadır ki, qol vura bilmirik"

09:48

"Mançester Siti" 18 yaşlı futbolçu üçün 100 milyon avro ödəyəcək

09:25

"Sabahın Ulduzları": "Zirə" "Qarabağ"la bacarmadı - Fotolar/Nəticələr

09:00

Mudrik yeni klub tapdı – "Çelsi" rəsmi transfer təklifi aldı

02:00

La Liqa: "Barselona" darmadağına sevindi

01:33

Super Liqa: Salahın dublu komandasına 3 xal qazandırdı

01:16

A Seriyası: "Milan" səfərdən 3 xalla dönür

00:59

Liqa 1: Yeni mövsümün ilk turuna yekun vuruldu

23 Avqust 2026
23:44

"Bu mövsüm də hədəf avrokuboklardır" - Zaur İsmayılov

23:32

"Çalışacam ki, bir daha sizi məyus etməyim" - Yuri Vernidub

23:18

Kurban Berdıyev "Şamaxı" ilə matçdan sonra belə danışdı

22:58

"Minumum səhvlə və əzmlə oynadıq" - Azər Bağırov

22:37

MPL: Tovuzda qol səsi çıxmadı, "Neftçi" "Araz-Naxçıvan"a aman vermədi

22:22

"4800 azarkeşin gördüyünü baş hakim görmədi" - Tovuz klubundan etiraz

22:09

Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar

21:49

"Barselona"nın yeni hücumçu siyahısı bəlli oldu

21:24

"Mançester Siti"dən 100 milyonluq transfer

20:49

"Bolonya" "Portu"nun müdafiəçisi üçün hərəkətə keçdi

20:20

"Lill" qapıçı transferini rəsmiləşdirdi

19:44

"Liverpul" PSJ-nin iki ulduzuna göz dikib

19:15

Mateta "Kristal Pelas"ı FİFA-ya şikayət etdi

18:47

Xulian Alvares "Arsenal"a "hə" deyə bilər

18:12

"Krasnodar" Jelson Martinşlə maraqlanır

17:56

"Real Madrid"in forvardı "Liverpul"a keçid edə bilər

17:20

Ceyden Ostervolde "Roma"ya keçid edir

16:47

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

Facebookdan bizi izləməyi unutmayın.
X