
Misli Premyer Liqasında XXIII tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Zirə" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 18:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu isə turun prinsipial qarşılaşmalarından sayılır. Belə ki, "Neftçi" evdə "Turan Tovuz" ilə üz-üzə gələcək. Küveytdə arzuolunmaz vəziyyətlə üzləşən və vətənə iki gün əvvəl dönə bilən FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 20:30-da səsləndiriləcək.
Qeyd edək ki, turun əvvəlki oyun günlərində "Karvan-Yevlax" "Sumqayıt" ilə (1:1), "Şamaxı" "İmişli" ilə (0:0) bərabərə qalıb, "Qarabağ" isə "Araz-Naxçıvan"ı böyük hesabla (6:0) məğlub edib.
Tura sabah “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXIII tur
9 mart
18:30. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə. İdman Kompleksinin stadionu.
20:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev, Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Palms Sports Arena”.
