
Azərbaycan II Liqasında XX tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Zaqatalada baş tutacaq.
Günün yeganə qarşılaşmasında "Şəki Siti" ilə "Dinamo" münasibətlərinə aydınlıq gətirəcək.
Oyun saat 15:00-da başlayacaq. Turnir cədvəlinin ortalarında qərarlaşan komandaların dueli mübarizəni ilk "6-lıq"da davam etdirmək baxımından prinsipiallıq daşıyır.
Qeyd edək ki, tərəflərin ilk dövrədəki görüşündə bölgə təmsilçisi 5:0 hesablı darmadağın reallaşdırmışdı.
Azərbaycan II Liqası
XX tur
28 mart
15.00. “Şəki Siti” – “Dinamo”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
