
Azərbaycan II Liqasında XX tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Zaqatalada baş tutub.
Günün yeganə qarşılaşmasında "Şəki Siti" ilə "Dinamo" üz-üzə gəlib.
Turnir cədvəlinin ortalarında qərarlaşan komandaların duelindən paytaxt təmsilçisi böyük hesablı qələbə ilə ayrılıb. Hesabı şəkililər açsalar da, "nazirlik təmsilçisi" 6 qol vuraraq 3 xalı əldə edib.
Qeyd edək ki, tərəflərin ilk dövrədəki görüşündə bölgə təmsilçisi 5:0 hesablı darmadağın reallaşdırmışdı.
Azərbaycan II Liqası
XX tur
28 mart
“Şəki Siti” – “Dinamo” 1:6
Qollar: T.Zeynalov, 5 - V.Seyidov, 13-pen; 61; 89-pen. Y.Qarayev, 39; 71. Ə.Abbasov, 59.