
Bizon Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qarşılaşacaq "Sabah"ın ilk oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Komanda meydana optimala yaxın heyətlə çıxacaq. Millidəki futbolçular düşərgəyə dönüblər. Bir cəzalı futbolçu var. İqor Noqeyra aldığı sarı vərəqələrə görə "Qarabağ"la ilk oyunu buraxacaq. Pavol Şafranko isə uzunmüddətli zədə səbəbindən oynamayacaq".
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Sabah" görüşü aprelin 3-də keçiriləcək və qarşılaşmasının start fiti 20:00-da səslənəcək.
Mirağa