
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 33-cü turunda London "Arsenal"ı üzərində qazandıqları qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" lider mövqeyində qərarlaşan "topçular"ı evdə 2:1 hesabı ilə məğlub ediblər.
"BBC Sport"-a danışan Qvardiola prinsipial matçdakı zəfərlə bağlı bunları dilə gətirib:
"Əlbəttə ki, titul uğrunda mübarizə aparırıq. Amma bizim çox pis qrafikimiz var və hələ turnir cədvəlinin zirvəsinə çatmamışıq. "Arsenal" İngiltərənin ən yaxşı komandası olaraq qalır. Bu gün sona qədər mübarizə aparmaq şansı qazandıq. Həqiqətən yaxşı oynadıq. Komandamı təbrik edirəm".
"Arsenal" 33 oyundan sonra 70 xal toplayıb, "Mançester Siti" isə hazırda 67 xal toplayıb, lakin Qvardiolanın komandası bir oyun az keçirib.