
Əfsanəvi slovakiyalı futbolçu Marek Hamşikin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, tezliklə Slovakiya millisinə yeni baş məşqçi təyin olunacaq.
İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. Xəbərə görə, Hamşik bu vəzifəyə əsas namizəd hesab olunur.
Oyunçu karyerasını 2023-cü ildə başa vuran 38 yaşlı mütəxəssis artıq milli komandada işləmək təcrübəsinə malikdir. O, son mövsümlərdə məşqçilər heyətinin tərkibində olub, köməkçi və menecer kimi fəaliyyət göstərib. Bununla belə, Hamşik üçün bu, baş məşqçi kimi ilk təcrübəsi olacaq.
Keçmiş yarımmüdafiəçi Slovakiya milli komandasında 138 oyun keçirib və 26 qol vurub, uzun müddət komandanın kapitanı olub.