
Əvəzedicilər Liqasında 24-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
"Qarabağ"ın "dubl"u "Zirə"nin ikinci komandasını sınağa çəkib. Binədə baş tutan görüşdə darmadağın qeydə alınıb. Makim Medvedovun baş məşqçisi olduğu ağdamlılar digər sabiq "Qarabağ"lı Hacı Əhmədovlu "Zirə"i 5:1 hesabı ilə üstələyib.
Böyük hesablı qələbədə əsas komandanın üzvləri, cəzalandırılaraq əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev və Abbas Hüseynov da pay sahibi olublar. Millinin üzvləri start heyətində yer alıblar. Hər iki futbolçu meydanı qolla tərk edib. Abbas 49-cu dəqiqədə hesabı 2:0-a çatdıran qolun müəllifi olub. Elvin isə 73-cü dəqiqədə penaltidən fərqlənərək komandasının 3-cü qoluna imza atıb.
"Qarabağ"ın əvəzediciləri hazırda 38 xalla 5-ci yerdə qərarlaşıb. "Zirə-2" isə 46 xalla 3-cü yerdədir və lider "Sabah"dan 4 xal geri qalır.