
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə"nin ikinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, "qartallar" birinci təsnifat mərhələsində Gürcüstan "Torpedo"sunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasında ikinci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.