
İran milli komandasının müdafiəçisi Ramin Rezaiyan dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Misirlə oyunun ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, ABŞ-ın Sietl şəhərində keçirilən G qrupunun oyunu 1:1 hesabı ilə başa çatıb.
Rezaeyan 14-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub.
İranın üç xalı var və o, qrupu üçüncü yerdə başa vurub. Cənub qonşumuzun pley-offa vəsiqə qazanmaq şansı qalan görüşlərdəki nəticələrdən asılıdır.
G qrupunda Belçika və Misir hərəyə 5 xalla bu qrupdan 1/16 finala yüksəliblər.