
Yeni mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirən “Şahdağ Qusar” yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı I Liqa klubunun mətbuat xidməti yayıb.
Qusar təmsilçisi “Sabah”ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.