
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki 1/8 finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 1/16 final mərhələsində növbəti oyunlar keçirilib.
Əvvəlcə Almaniya ilə Paraqvay üz-üzə gəliblər. Boston stadionunda keçirilən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Paraqvayın heyətində Xulio Ensiso, Bundestimdə isə Kay Haverts qol vurub.
Belədə qalib penalti seriyasında müəyyənləşib. Standart vuruşları daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.
Digər qarşılaşmada isə Niderland Mərakeş ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada da 90 dəqiqə ərzində tərəflərdən biri digərini üstələyə bilməyib - 1:1. 72-ci dəqiqədə Kodi Qapko niderlandlıları hesabda önə keçirsə də, 90+1-ci dəqiqədə İssa Diop fərqlənərək matçı əlavə vaxta daşıyıb. Burada başqa qol olmadığı üçün qalib penaltilərlə müəyyənləşib. "Lotoreya"da üzü gülən tərəf Mərakeş olub. Afrikalıların 1/8 finaldakı rəqibi Kanada olacaq.
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/16 final
30 iyun
Almaniya - Paraqvay 1:1 (penalti seriyası - 3:4)
Qollar: Kay Haverts, 54 - Xulio Ensiso, 42.
Niderland - Mərakeş 1:1 (penalti seriyası - 2:3)
Qollar: Kodi Qapko, 72 - İssa Diop, 90+1.