
Almaniya və Paraqvay arasında ABŞ-ın Foksboro şəhərində keçirilən DÇ-2026-nın 1/16 final matçı amerikalıların qələbəsi ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, bununla əlaqədar Paraqvay prezidenti Santyaqo Pena 30 iyun tarixini istirahət günü elan edib.
Ölkə başçısı sosial şəbəkə hesabındakı paylaşımında təbriklərini çatdırmaqla yanaşı, tətillə bağlı sənədi yerləşdiririb:
“Respublika Prezidenti Santyaqo Pena vətəndaşlara Paraqvay milli futbol komandasının Almaniya üzərində qazandığı tarixi qələbə münasibəti ilə milli bayram elan edir. Bununla əlaqədar olaraq, 30 iyun Paraqvay Respublikasında tətil olması qərara alınıb. Bu tədbir həmvətənlərimizə bütün ölkənin qürur duyduğu əhəmiyyətli idman nailiyyətini birlikdə qeyd etmək imkanı vermək məqsədi daşıyır”.
Paraqvay 1/8 finalda Fransa-İsveç matçının qalibi ilə oynayacaq.