
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uabi komandasının dünya çempionatının 1/16 final matçında Niderland üzərində qazandığı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın mətbuat xidməti onun fikirlərini belə çatdırıb:
"Haqqlı qələbə qazandıq. Düşünürəm ki, biz oyuna tamamilə hakim idik. Topa sahibolma 70-30 nisbətində idi. Cütün qalibi əsas və ya əlavə vaxtda müəyyənləşə bilərdi. Çox şansımız və zərbələrimiz oldu. Sevinirəm ki, 1/8 finala adlayan tərəf biz olduq".
Niderland - Mərakeş oyunu əsas və əlavə vaxtdan sonra 1:1 hesablı heç-heçə ilə başa çatıb. Mərakeşlilər penaltilər seriyasında daha dəqiq oldular - 3:2.
Afrika təmsilçisi 1/8 finalda Kanada ilə qarşılaşacaq. Oyun iyulun 4-də baş tutacaq.