13:43 30.06.2026 185

“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil”

Məlum olduğu kimi, “Turan Tovuz” Türkiyənin köklü klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşü keçirməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Nəsimi Paşayev matc.az-a açıqlamasında İstanbul nəhəngi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında danışıb.

“Məqsədimiz azarkeşlərə futbol bayramı yaşatmaqdır”

Nəsimi Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib:

“Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, “Turan”sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

“Fənərbağça” seçimi təsadüfi deyil

Paşayev bildirib ki, 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbağça” ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb: “Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan"ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu”.

Matç nə vaxt keçiriləcək?

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib: “Bilirsiniz ki, “Fənərbağça” Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda – milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda “Turan”sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 İyun 2026
16:11

"Səbail" sabiq futbolçusunu geri qaytardı - RƏSMİ

15:50

"İnter" Zommer ilə yollarını ayırdı - RƏSMİ

15:32

Hələ DÇ-lərdə Ensiso kimisi olmamışdı

15:14

"Penaltiyə aid hər detalı incələmişdik" - Paraqvay seçməsinin qapıçısı

14:56

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı

14:38

"Təklifləri dəyərləndirməyə hazıram" - "Baku Sportinq"in sabiq çalışdırcısı

14:20

Niderland dünya çempionatını unikal rekordla tərk etdi

14:01

"Bu, Tanrının ədaləti idi" - Paraqvay millisinin baş məşqçisi

13:43

“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil”

13:24

"Tüpürüm tənqidlərə" - Kuman özündən çıxdı

13:08

Azərbaycana gələcək 5 komanda müəyyənləşir - Favoritlər bilindi

12:49

"İmişli"dən ayrılan futbolçu I Liqa klubuna keçdi

12:31

Mərakeşin baş məşqçisi Niderland üzərində qələbədən nə danışdı?

12:03

Son dəqiqədə fərqləndi, ən yaxşı seçildi

11:44

Bundestim dünya çempionatları tarixində ilk dəfə bu acını yaşadı

11:26

"Zirə" Türkiyə təmsilçisi ilə üz-üzə

11:07

Mundialda 1/8 finalın ilk cütlüyü bilindi

10:50

"Turniri indi bitirmək ayıbdır" - Yaponiya millisinin baş məşqçisi

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

Paraqvay prezidenti millinin uğuruna görə rəsmi qərar verdi

09:48

DÇ-2026: Braziliyanın rəqibi müəyyənləşir

09:25

Nagelsman millidən gedib-getməyəcəyinə aydınlıq gətirdi

09:00

Almaniyanı 1/8-ə buraxmayan qapıçı ən yaxşı seçildi

08:00

DÇ-2026: Almaniya mundialı tərk etdi, Niderland "lotoreya"da üzüldü

04:42

Duşan Vlahoviç üçün 45 milyon avro

01:39

Elvin Cəfərquliyev karyerasını İngiltərə klubunda davam etdirəcək?

00:49

Robert Levandovski yeni klubu ilə müqavilə bağladı - RƏSMİ

00:24

"Qarabağ"dan 1 milyonluq transfer bombası

00:08

"Neymarı əlavə vaxta saxlayırdım" - Ançelotti qələbəni dəyərləndirdi

29 İyun 2026
23:36

Braziliya - Yaponiya matçının ən yaxşı futbolçusu müəyyənləşdi

23:30

DÇ-2026: Almaniya Paraqvayı sınağa çəkir, Niderland Mərakeşlə üz-üzə

23:03

DÇ-2026: Braziliya yığması əzmkar qələbə ilə 1/8 finalda

22:48

"Arsenal" və "Bornmut" PSJ-nin gənc ulduzu üçün qarşı-qarşıya

22:30

"Qəbələ" heyətini gücləndirdi

22:17

Yeni transfer hələ meydana addım atmadan xərəklə aparıldı

21:53

Kukurelyanın yerinə Pep Çavarriya gəlir

21:01

Eyni bölgəni təmsil edən iki klub birləşdi - RƏSMİ

20:34

"Qarabağ"ın AL oyunlarının hansı kanalda yayımlanacağı bilindi

20:15

Bakıda uduzan Nazim susqunluğunu elə bir sözlə pozdu ki...

19:47

"Lids Yunayted" yapon qapıçı üçün 30 milyon avro xərcləyir

Facebookdan bizi izləməyi unutmayın.
X