
Hazırda davam edən dünya çempionatında daha bir baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese komandasının 1/16 finalda Meksikaya 0:2 hesabı ilə məğlub olmasının ardından istefa verdiyini açıqlayıb.
"DSports" "X" sosial media hesabı üzərindən çalışdırıcının açıqlamasını çatdırıb:
“Müqaviləmiz dünya çempionatı ilə başa çatdı. Çünki bizim üçün DÇ bu gün bitdi. Vəd etdiyimizə nail ola bilmədik, tariximizin ən yaxşı nəticəsini reallaşdıra bilmədik. Amma geridə bir miras qoyduq - vahid bir komanda.
İnsanların hiss etdiyi ağrı və kədəri hiss edirəm, amma inanın mənə, qarşıda nələrin yaşanacağına dair məndə hələ də böyük həvəs var. Geridə qoyduğumuz mirasın nə olduğunu bilirəm. Bəzən "Allahın yazdığı ssenari" olur və biz onları qəbul etməliyik. Bu, futboldur: nəticələr vacibdir. Bu gün gözəl və heyrətamiz bir ailə ilə vidalaşmalıyam. Amma böyük minnətdarlıqla əlimdən gələn hər şeyi verdiyimi deyə bilərəm”.