
Portuqaliya ilə Xorvatiya arasında dünya çempionatının 1/16 final görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, FİFA 2:1 hesablı qələbə qazanan apenninlilərin lideri Kriştianu Ronaldunu fərqləndirib.

Superulduz penaltidən hesaba tarazlıq gətirib, ofsayd səbəbindən başqa bir qolu hesaba alınmayıb. 41 yaşlı forvard əsas heyətdə yer aldığı matçın 81-ci dəqiqəsində əvəzlənib.
Bu, Ronaldunun karyerasında vurduğu 977-ci qol olub.
1/8 final mərhələsində portuqaliyalılar İspaniya seçməsi ilə qarşılaşacaq.
Mirağa