
1-ci Liqada sona bir tur qalmış çempionluğu rəsmiləşdirərək elitada iştirak hüququ qazanan "Şəfa"nın aşağı divizionda hansı büdcə ilə mübarizə apardığı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi bütün digər rəqiblərin daha çox pul xərcləyib.
Belə ki, sözügedən klub təxminən 1,8 milyon manatla çempionluğa qovuşub.
Xatırladaq ki, mayın sonlarında paytaxt komandasını hədəfinə çatdıran 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə əməkdaşlığa son qoyulub. "Şəfa" elitada "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimovun rəhbərliyi altında çıxış edəcək.
Toğrul