
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ölkə çempionu "Baku Fire"nin qapıçısı Cavad Məmmədovu heyətinə cəlb edəcək.
Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov məlumatı qismən təsdiqləyib:
"Cavadla ilkin danışıq olub. Bizdə oynamağa razıdır. Sadəcə, hələ rəsmi müqavilə bağlamamışıq. O, millinin heyətində turnirə hazırlaşır. Qayıdandan sonra münasibətləri rəsmiləşdirməyi planlaşdırırq".
Xatırladaq ki, "Araz-Naxçıvan" mövsüm başa çatandan sonra Luicci Lonqo, Jan Karlos, Elan Delon, Filip Avila, Aleks Rezende və qapıçı Rövşən Hüseynli ilə yolları ayırıb.
Mirağa