
Ötən 1-ci Liqadakı mübarizəni çempion qismində tamamlayan və elitada iştirak hüququ qazanan "Şəfa"dan ayrılan müdafiəçi Zahid Mərdanovun yeni iş bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu MOİK-lə razılığa gəlib.
Tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Xatırladaq ki, "hərbçilər" son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan komandanı hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul