
DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində baş tutacaq oyunu ərəfəsində polislə Meksika azarkeşləri arasında toqquşma yaşanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, insident yerli azarkeşlərin oteldə İngiltərə komandasının yuxusunu pozmağa çalışmasından sonra baş verib.
Yüzlərlə meksikalı azarkeş İngiltərə komandasının qaldığı Mexiko şəhərindəki otelin qarşısında toplaşaraq müxtəlif vasitəsilə səs-küy salıblar. Hüquq-mühafizə orqanları müdaxilə edərək azarkeşləri oteldən uzaqlaşdırıb. Otelin ətrafı Milli Qvardiya tərəfindən mühasirəyə alınıb, həmçinin itlər və dronlar yerləşdirilib.
Meksika - İngiltərə matçı bu gecə Bakı vaxtı ilə saat 04:00-da Mexiko şəhərində keçiriləcək.
Mirağa