
36 yaşlı braziliyalı vinger Duqlas Kostanın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, o, karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.
Tanınmış futbolçu sözügedən ölkənin ikinci liqasında çıxış edən "Əl-İttifaq" klubuna keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb.

Xatırladaq ki, Kosta "Şaxtyor", "Bayern Münhen" və "Yuventus"da çıxışı ilə tanınır. O, həmçinin “Fluminense”, “Los Angeles Galaxy”, "Sidney" klublarında da oynayıb.
Braziliya millisinin heyətində 31 oyun keçirən Kosta 3 qol vurmağı bacarıb.