
"Kəpəz"dən ayrılan Fərid Nəbiyev karyerasını digər Premyer Liqa təmsilçisi "İmişli"də davam etdirməyə yaxındır.
Bunu Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov bildirib.
"Böyük ehtimalla Fəridlə anlaşa biləcəyik. Danışıqlar davam edir, hələ rəsmi razılıq əldə olunmayıb. Ancaq müzakirələr müsbət yöndə davam edir, tamamlamağa yaxınıq".
Qeyd edək ki, "İmişli"ni 1-ci Liqadan Premyer Liqaya məhz Fərid Namazov çıxarıb. Ancaq ötən mövsüm elitada portuqaliyalı Jorje Kaşkilyanın rəhbərliyi altında debüt edən bölgə təmsilçisində yenidən baş məqşçi dəyişikliyi edilib, Namazov postuna qaytarılıb.
Mirağa