
"Milan" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bunu İtaliya nəhənginin mətbuat xidməti açıqlayıb.
"Qırmızı-qaralar" "Latsio"nun müdafiəçisi Mario Gilanın transferini tamamlayıb.
25 yaşlı ispan futbolçu ilə 2031-ci ilin 30 iyununa qədər müddətə müqavilə imzalanıb. O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.
Gila "Real Madrid"in yetirməsidir. İspaniyalı futbolçu 2022-ci ilin iyul ayında "Latsio"ya qoşulub. O, romalıların heyətində 120 oyun keçirib və 2 qol vurub.
Mirağa