
Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" Sloveniyanın Brdo şəhərində mövsümöncəsi hazırlıqlarını davam etdirir. Sosial şəbəkələrdə Turanın məşq meydançasında futbolçularını ciddi şəkildə yüklədiyi anları əks etdirən görüntülər geniş yayılıb.
Fanat.Az "Ntv Spor"a istinadən xəbər verir ki, klubun sosial media hesablarında paylaşılan və komandanın yeni mövsüm hazırlıqlarına böyük coşğu ilə başladığını əks etdirən təlim videosu internetdə trendə çevrilib.
"Şaxtyor"un rəsmi saytında yerləşdirilən açıqlamada təlim-məşq toplanışları ilə bağlı aşağıdakı detallar yer alıb:
"Şaxtyor"un Sloveniyanın Brdo şəhərində yay təlim-məşq toplanışı davam edir. 12 iyul bazar günü komanda yenidən üç hazırlıq keçirdi. Saat 7:00-da heyət meydana çıxdı və müxtəlif isinmə dövrələri, qısa partlayıcı sprintlər və qapıya zərbələrlə nəticələnən müxtəlif çalışmalar daxil olmaqla bir saatlıq intensiv qaçış məşqləri etdi".
Nahardan əvvəl oyunçular fitnes məşqçilərinin rəhbərliyi altında iki qrup halında məşq zalında məşq ediblər. Axşam saatlarında isə Ukrayna çempionları yenidən meydana çıxdılar.Bu sınaq sessiyası isinmə hərəkətləri, müxtəlif tapşırıqları əhatə edən "rondo" çalışmaları, taktiki və oyun xarakterli məşqlər, həmçinin meydançanın məhdud hissəsində keçirilən üç komandalı mini-turnirdən ibarət idi."Şaxtyor" oyunçuları gün ərzində üç məşqi başa vurduqdan sonra gözə çarpan dərəcədə yorğun görünürdülər. Kameralar oyunçuların bir addım belə atmağa hallarının olmadıqları anı lentə alıb. Bu isə izləyicilər tərəfindən böyük marağa səbəb olub.
Əlisahib İbrahimli