
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları start götürür.
Fanat.Az xəbər verir ki, mərhələyə iki gün ərzində yekun vurulacaq.
İlk oyun günündə 2-ci mərhələyə adlayacaq 10 komandanın adı bəlli olacaq.
Azərbaycan təmsilçisi "Sabah" da bu gün sınaq qarşısına çıxacaq. Uelsin TNS kollektivinə Bakıda 2:0 hesabı ilə qalib gələn "bayquşlar" üstünlüyünü cavab görüşündə də qorumağa çalışacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
14 iyul
19:00. KuPS (Finlandiya) – Vardar (Şimali Makedoniya) (ilk oyun - 2:0)
20:00. İnter Klub Eskaldes (Andorra) – Linkoln (Cəbəllütariq) (ilk oyun - 1:3)
20:00. İberiya 1999 (Gürcüstan) – Flora (Estoniya) (ilk oyun - 3:2)
21:00. Riqa (Latviya) – Ararat-Ermənistan (Ermənistan) (ilk oyun - 0:2)
21:00. Dyor (Macarıstan) – Vikinqur (İslandiya) (ilk oyun - 0:1)
21:30. Levski (Bolqarıstan) – Borats (Bosniya və Herseqovina) (ilk oyun - 1:1)
21:30. TNS (Uels) – Sabah (Azərbaycan) (ilk oyun - 0:2)
22:00. Drita (Kosovo) – Kauno Jalgiris (Litva) (ilk oyun - 1:1)
23:00. Şemrok Rovers (İrlandiya) – Floriana (Malta) (ilk oyun - 0:2)
23:00. Larne (Şimali İrlandiya) - Tre Fiori (San Marino) (ilk oyun - 1:0)