
Son klubu Premyer Liqa təmsilçisi "Karvan-Yevlax" olan Araz Abdullayev karyerasını 2-ci Liqada davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli vinger "Şirvan"dan təklif alıb.
Bu yay heyətinə Amil Yunanov, Bəxtiyar Soltanov kimi tanınan futbolçuları cəlb edən bölgə təmsilçisi 33 yaşlı yarımmüdafiəçiyə də təklif göndərib. İlkin danışıqlarda Arazın "Şirvan"a kömək etmək istəyində olduğuna dair mesaj verdiyi bildirilir. Tərəflər həftə ərzində yenidən bir araya gəlib keçidi müzakirə edəcəklər.
Araz Abdullayev son mövsümdə "Karvan-Yevlax"ın heyətində 10 oyuna çıxıb və 3 qol vurub.
Mirağa