15:10 15.07.2026 256

"TNS "Sabah"ın gücünü ölçəcək səviyyədə rəqib deyildi, "KuPS" isə..." - Aslan Kərimov

UEFA Çempionlar Liqasının 1-ci mərhələsində Uelsin TNS komandası ilə üz-üzə gələn "Sabah" ilk oyunda olduğu kimi, səfərdə də qələbə qazandı. "Bayquşlar" Bakıdakı görüşdə 2:0 qalib gəlmişdisə, səfərdə 2:1-lik üstünlük əldə etdi. 
Azərbaycan millisinin sabiq yarımüdafiəçisi Aslan Kərimov həm cavab oyununu şərh edib, həm də növbəti mərhələdəki rəqibi dəyərləndirib.

Tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə olub:

"İlk olaraq cavab oyunuyla bağlı onu deyim ki, yenə də ilk dəqiqələrdən "Sabah" üstünlüyü ələ aldı və ilk yarıda qollar vuraraq inamlı qələbə qazandı. Düzdür, oyunun sonlarına yaxın bir qədər konsentrasiya pozuntusu oldu. Rəqib daha çox üstünlüyü əldə elədi, amma bu hesabla bağlı olan bir şey idi. Hesab eləyirəm ki, Uels təmsilçisi "Sabah"ın gücünü ölçəcək səviyyədə komanda deyildi. Düzdür, "Sabah" birinci oyunu evdə keçirdiyi üçün bir az təzyiq altında idi. Amma dəqiqələr irəlilədikcə öz oyununu tapdı və rahatlıqla da qələbə qazanmağı bacardı. İkinci oyunda da inamlı idilər. 

"Sözsüz ki, "KuPS" Uels təmsilçisindən daha ciddi rəqibdir. Amma Finlandiya komandası da "Sabah" üçün keçiləcək bir rəqibdir. Onların "Vardar"la oynadıqları oyuna diqqət edəsi olsaq, 2:0 udduqları oyunda rəqib hesabı bərabərləşdirdi, hətta uzatma dəqiqələrinə qədər gedən bir oyun oldu. Düzdür, sonda yenə də qələbə qazanmağı bacardılar, amma hesab eləyirəm ki, bu onların problemini göstərən bir faktdır. Yəni ciddi üstünlüyünü əldən verib. Digər tərəfdən, rəqib meydanında çox yaxşı oynayırlar. Əks-hücumlarda oynamağı bacaran bir komandadır. "Sabah" bu baxımdan Bakıda diqqətli olmaq məcburiyyətindədir. Məncə, bütün komponentlərə görə biz Finlandiya təmsilçisini keçə bilərik. "Sabah"ın hücum xətti çox güclüdür. Sadəcə, Bakıda yaratdığımız qol imkanlarını əldən verməməliyik. Yəni sonraya saxlamalı deyilik. TNS ilə birinci oyunda olduğu kimi. Hansı ki, ilk hissədə dörd-beş qol imkanı əldən verildi, yalnız ikinci hissədə imkanlar reallaşdırıldı. Bu mərhələdə bu qədər kredit xərcləmək düzgün olmaz. Hesab edirəm ki, Finlandiya təmsilçisi ilə Bakıdakı oyunda bizim kifayət qədər yaxşı imkanlarımız olacaq. Amma rəqibin əks-həmlələrinə hazır olmalıyıq. Çünki rəqib bunu "Vardar"la oyunda açıq şəkildə göstərdi ki, əks-hücumlarda çox təhlükəlidirlər. Birinci oyunda diqqət edəcəyimiz məqam yalnız bu olmalıdır. Amma ümumilikdə götürəsi olsaq, "Sabah" cütün favoritidir. Ciddi problem baş verməsə, biz ilk oyunu qələbə ilə bitirə bilərik. İki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf "Sabah" ola bilər. Buna tam olaraq potensialı var".

Xatırladaq ki, "Sabah" "KuPS"la ilk görüşünü iyulun 21-də evdə, cavab matçını isə ayın 28-də səfərdə keçirəcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2026
17:33

Ağdam təmsilçisi "Uğur" gələcəyin futbolçularını hazırlayır

17:15

"Bu mövsüm avrokuboklara vəsiqə qazanacağımıza inanıram" - "Turan Tovuz"un müdafiəçisi

16:57

"Temp tədricən artırıldı ki, bunun da faydasını görəcəyik" - "Şəfa"nın rumın legioneri

16:39

"Səbail" yeni transferini açıqladı

16:21

"İmişli"nin qışa qədər neçə legioner oynadacağı bilindi - Açıqlama

16:03

Naməlum şəxslər Yamalın evinə girməyə çalışıblar

15:45

"Şəfa"nın yeni transferi kənarda qalacaq - SƏBƏB

15:28

"Real" "Çelsi"nin təklifinə niyə "yox" dedi?

15:10

"TNS "Sabah"ın gücünü ölçəcək səviyyədə rəqib deyildi, "KuPS" isə..." - Aslan Kərimov

14:51

"Qalatasaray" "Real"ın qapısını döydü

14:33

"Sumqayıt"ın legioneri digər MPL klubuna keçir

14:15

"Sumqayıt" ilk sınaq matçına Sumqayıtda çıxacaq: "Rəqib özü istədi"

13:57

AÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşır

13:39

Füzuli Məmmədovun "çərçivə"ni kimə etibar edəcəyi bilindi

13:20

UFC yeni reytinqləri açıqladı: Fiziyev neçənci pillədədir?

13:01

ÇL: 2-ci mərhələyə adlayacaq daha 4 komanda müəyyənləşir

12:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:36

İngiltərə - Argentina rəqabətində kim üstündür? - STATİSTİKA

12:18

Azərbaycanın Böyük Britaniyadakı səfirinə "Sabah"dan xüsusi hədiyyə

11:59

FİFA prezidentindən Beynəlxalq Olimpiya Komitəsinə şikayət olundu - SON DURUM

11:40

"Şamaxı" daha bir transferini açıqladı

11:32

“Bursaspor” 2 top fərqi ilə geriyə düşdü, Toral isə...

11:07

"Komandam çətin şeyləri sadə göstərir" - İspaniya millisinin baş məşqçisi Fransa üzərində qələbədən belə danışdı

10:30

İkinci Liqanın debütantı transferə doymur - Daha 7 yeni müqavilə

10:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Deşam İspaniyaya məğlubiyyəti şərh etdi, hakimdən şikayətləndi

09:25

"Sabah"ın səfər qələbəsi Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

09:00

DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir - Argentina, yoxsa İngiltərə?

02:52

"Fənərbağça" dünya ulduzunu heyətinə qatdı - RƏSMİ

02:13

ÇL: II mərhələyə yüksələn 10 komandanın adı müəyyənləşdi

01:42

Fransa - İspaniya matçının ən yaxşısı bəllidir

01:30

Valdas Dambrauskas TNS üzərində qələbədən sonra belə danışdı

00:58

DÇ-2026: İspaniya millisi finalda!

00:27

Röyal Nəcəfov bu komandaya baş məşqçi təyin edilə bilər - SON DURUM

14 İyul 2026
23:47

"Çelsi" Adam Uartonu transfer etmək istəyir

23:24

"Tottenhem" Ferran Torres uğrunda yarışa qoşuldu

23:18

ÇL: "Sabah" növbəti mərhələdə

22:47

"Şamaxı" portuqaliyalı müdafiəçi ilə gücləndi

22:13

"Mançester Siti" Buaddi üçün hərəkətə keçdi

21:55

"Latsio" Xames Rodrigesi yaxından izləyir

Facebookdan bizi izləməyi unutmayın.
X