16:31 16.07.2026 188

"Çempionlar Liqasında yolumuza davam etmək istəyirik" - "Sabah"ın "vuran ayağı"

Çempionlar Liqasında debüt edən "Sabah" ilk mərhələni adladı. Paytaxt təmsilçisi Uels komandası TNS-i hər iki oyunda yenərək (2:0, 2:1) 2-ci raunda adladı.

"Bayquşlar"ın "vuran ayağı", 19 qolla Premyer Liqanın son bombardiri Coy Lens Mikels Fanat.Az-a müsahibəsində həm ilk oyunlarla bağlı təəssüratlarını, həm də növbəti rəqiblə bağlı fikirlərini bildirib.

- Çempionlar Liqasında oynamaq necə hissdir? Təəssüratların necədir?
- Gözəl hisslərdir. Ancaq bundan da gözəl olan ilk cəhddən mərhələni keçməyimizdir. Sözsüz ki, buna görə sevinirik.

- TNS ilə həm Bakıdakı, həm də səfər oyunu barədə fikirlərini bildirərdin. 
- Düşünürəm ki, hər iki görüşdə oyuna çox yaxşı nəzarət etdik. İlk oyundan yaxşı nəticə əldə etmişdik, amma buna baxmayaraq, cavab görüşünü də qazanmaq istəyirdik və buna nail olduq. Çoxlu qol epizodları yaratdıq və yəqin ki, daha çox qol da vura bilərdik. Əlbəttə, son dəqiqədə qol buraxmağımız yerinə düşmədi. Amma ümumilikdə yaxşı oyun göstərdik və növbəti mərhələyə yüksəlməyi tamamilə haqq etdik.

- Bəzi mütəxəssislər bu fikirdədir ki, TNS "Sabah"ın potensialını üzə çıxarmağa kifayət edəcək səviyyədə komanda olmadı. Həqiqətən belədir?
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında zəif rəqib olmur. Burada çıxış edən hər bir komanda öz ölkəsinin çempionudur. Ona görə hansısa rəqibi asan kimi dəyərləndirməzdim. 

- Növbəti mərhələdəki rəqibi təhlil etmisiz? "KuPS"-u keçmək mümkün olacaq?
- "KuPS"-un yaxşı və rəqabətədavamlı komanda olduğunu bilirik. Onlar bunu "Vardar"a qarşı keçirdikləri hər iki oyunda və növbəti mərhələyə yüksəlməklə sübut etdilər. Əlbəttə, rəqibimizə hörmətlə yanaşırıq, amma eyni zamanda öz keyfiyyətimizə də inanırıq. Onları ətraflı təhlil edəcəyik və oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Məqsədimiz aydındır – Çempionlar Liqasında yolumuza davam etmək istəyirik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. 

- Avrokubokda "Sabah"ın qarşısına qoyulan minimum tapşırıq nədir?
- Hər növbəti oyunumuzdan qalib ayrılmaq. İndi əsas məqsəd “KuPS” səddini keçməkdir.
 
Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 İyul 2026
18:11

Ramiz Məmmədov onu da yanına apardı

17:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:58

"Kəpəz" daha bir keçidi açıqladı

17:52

Varqas KL-in 2-ci təsnifat mərhələsində "Neftçi"yə kömək edəcəkmi? - Dəqiqləşdi

17:30

Saliba 2027-ci ilə qədər oynamaya bilər

17:12

"Qəbələ" braziliyalını göndərir

16:49

"Azərlotereya" jurnalistlər arasında "FC 26" çempionatı keçirdi - FOTOLAR

16:31

"Çempionlar Liqasında yolumuza davam etmək istəyirik" - "Sabah"ın "vuran ayağı"

16:03

Özbəkistana yollanmaq variantı olan Şəhriyar bu ölkəyə də üz tuta bilər - AÇIQLAMA

15:44

Sabiq "Qarabağ"lı bu kluba keçdi

15:19

"Araz-Naxçıvan" yeni hücumçu ilə gücləndi - RƏSMİ

15:01

Messi tarixi rekordu yenilədi

14:43

Dünya çempionatı tarixində bir ilk yaşanacaq

14:26

"Neftçi" Varqasla bağlı qeyri-müəyyənliyə nöqtə qoydu - Detallar bəlli oldu

14:08

"Qarabağ"ın yayımı düyünə düşən oyunu ilə bağlı "CBC Sport"dan AÇIQLAMA

13:50

"İmişli"dən ayrılan Morqan digər Azərbaycan klubuna qoşuldu

13:32

Bakıda keçiriləcək dünya çempionatına rekord sayda iştirakçı qatılacaq

13:15

"İmişli" yeni loqosunu təqdim etdi

12:58

İkardinin yeni ünvanı bəlli oldu

12:40

Tuxel İngiltərə millisindən ayrılır? - Özü açıqladı

12:21

Mahmud Qurbanov "Qarabağ"ın "Vestri" ilə səfər oyunundan danışdı, yeni transferlərini dəyərləndirdi

12:02

Misirli vinger keçmiş klubuna qayıdır

11:44

Millimiz İngiltərə yığmasına qalib gəldi

11:25

"Şamaxı" gürcüstanlı hücumçunun keçidini açıqladı

10:49

Messi dünya çempionatındakı uğurlu çıxışının sirrini açıqladı

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:11

"İmişli" qanalı futbolçusu ilə vidalaşdı

09:49

AL: "Qarabağ" növbəti mərhələnin bir addımlığında

09:25

İngiltərə - Argentina matçının ən yaxşı futbolçusu bəllidir

09:00

KL: "Zirə" Gürcüstan təmsilçisi ilə cavab matçına çıxır

01:03

DÇ-2026: Messili Argentina mundialın finalında!

15 İyul 2026
23:33

“Qalatasaray” İkardiyə “əlvida” dedi

22:42

Dünya çempionatında tarixi qərar

22:14

Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında təmsil olunacaq

21:39

“Barselona” Kristian Romero üçün hərəkətə keçir

21:08

Doğulduğu ölkəni yarımfinalda məğlub edən ilk futbolçu

20:44

Alan Şirer: “Argetinalıların yanımızda rəqs edib qələbəni qeyd etmələrini hələ də unuda bilmirəm”

20:16

Tomas Mönye İngiltərə klubunda

19:32

Ronald Arauxo Madrid klubuna keçə bilər

19:14

Ezri Konsa: "Rəqibə çox köklənmək istəmirik, bizim də gücümüz bəllidir"

Facebookdan bizi izləməyi unutmayın.
X