
UEFA Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Dinamo Minsk" matçını idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun Kiprdən olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Konstantinos Fellas olacaq. Ona həmyerliləri Marios Kaloqirou və Giorgios Çaralampous yardım edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" - "Dinamo Minsk" oyunu iyulun 22-də keçiriləcək. "Palms Sports Arena"da baş tutacaq baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.