
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası ( IFFHS ) Argentina millisinin hücumçusu Lionel Messini 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçib .
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
Mükafat matç balları, qollar, məhsuldar ötürmələr və pley-off təsirləri daxil olmaqla, "IFFHS Performans İndeksi"nə əsaslanır.
39 yaşlı argentinalı ulduz mundialın 8 oyununda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
FİFA isə turnirin ən yaxşı oyunçusu üçün baş mükafatı İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə, "Gümüş Top"u Messiyə, "Bürünc Top"u isə Fransa millisinin hücumçusu Kilian Mbappeyə verib.
Xatırladaq ki, 48 komandanın mübarizə apardığı dünya çempionatının qalibi finalda Argentinanı 1:0 yenən İspaniya qazanıb, İngiltərə isə 3-cü yeri tutub.
Mirağa