
"Atletiko Madrid"in argentinalı hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı müzakirələr davam edir. Futbolçunun "Barselona"ya keçmək istəyi ilə klubunun onu heyətdə saxlamaqdakı israrlı mövqeyi arasında seçim məsələsi aktuallığını qoruyur.
Fanat.Az "Marca" qəzetinə istinadən xəbər verir ki, Alvares 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina milli komandasının düşərgəsində olarkən "Atletiko"dan ayrılmaq istədiyini bildirib və onun bu açıqlamaları İspaniya mətbuatında geniş əks-səda doğurub.
"Atletiko Madrid" yeni mövsüm üçün hazırlıq düşərgəsinə qoşulma tarixi olaraq 10 avqustu müəyyənləşdirib. Bu tarix İspaniya və Argentina arasında keçirilmiş Dünya Çempionatı finalında iştirak etmiş bütün oyunçulara, o cümlədən Alvaresə də şamil olunur.
Qəzet qeyd edir ki, Alvaresə yaxın mənbələr futbolçunun nəzərdə tutulan tarixdə "qırmızı-ağlar"ın məşqlərinə qayıtmaq niyyətində olmadığını təsdiqləyiblər. O, bunun əvəzinə Madrid klubuna ciddi təzyiq göstərərək özünün "Barselona"ya satılmasına nail olmağı hədəfləyir.
Əlisahib İbrahimli