
Belçika millisinin yeni baş məşqçisi müəyyən olunub.
Fanat.Az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 48 yaşlı Mark van Bommellə bütün detallar razılaşdırılıb.
Mənbənin iddiasına görə, tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Rəsmi açıqlama isə yaxın günlərdə veriləcək.
Qeyd edək ki, niderlandlı mütəxəssis son olaraq 2022-2024-cü illərdə "Antverpen"i çalışdırıb. Onun rəhbərliyi altında komanda Belçika çempionu, ölkə kubokunun və Superkubokun qalibi olub.
Əlisahib İbrahimli