
Nikolo Zaniolo "Udineze"də qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
“Udineze” Zaniolonun müqaviləsindəki satınalma hüququndan istifadə edərək onun transfer hüququnu “Qalatasaray”dan alıb.
İtaliya təmsilçisi bu keçid üçün İstanbul klubuna 5 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, italiyalılar futbolçunu gələcəkdə satacağı halda əldə olunacaq gəlirin 50 faizini Türkiyə klubuna verəcək.
Qeyd edək ki, “Udineze” Zaniolonu ötən mövsüm 2,5 milyon avro icarəyə götürüb. Futbolçu İtaliya təmsilçisiylə bütün turnirlərdə çıxdığı 34 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli