
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" MLS liqasının 16-cı turu çərçivəsində növbəti oyununi keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv bu gün evdə "Nyu York Siti" ilə üz-üzə gəlib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Axundzadə meydana start heyətində çıxıb və 83-cü dəqiqədə əvəzlənib. O, oyunu ən zəif keçirən iki futbolçudan biri olub.
Beləliklə, 16 oyuna 16 xal toplayan "Kolambus Kryu" Şərq Konfransının turnir cədvəlində 15 komanda arasında 11-ci yerdədir. Nərimanın komandası növbəti matçlarını 26 iyulda "Cincinnati"yə, avqustun 2-də isə Lionel Messili "İnter Mayami"yə qarşı keçirəcək.
Xatırladaq ki, Nəriman ABŞ klubuna bu ilin fevralında transfer olunub.
Mirağa