
Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış edəcək "Karvan-Yevlax" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi müdafiəçi Kamal Kazımovu transfer edib. Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Daha əvvəl "Neftçi"nin əvəzedici heyətində və digər aşağı yaş qruplarında da yer alan 23 yaşlı futboçu bir müddət Türkiyə təmsilçisi "Kasımpaşa"da oynayıb. O, Azərbaycanın U-19 və U-21 yığmalarının sabiq üzvüdür.