
"Real Madrid" futbolçusu Vinisius Juniorla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, Madrid klubu 26 yaşlı futbolçu ilə müqaviləni 2032-ci ilə qədər uzadıb.
Klubun rəsmi açıqlamasında braziliyalının son illərdə komandanın qazandığı uğurlarda əsas pay sahiblərindən biri olduğu vurğulanıb.
Qeyd edək ki, Vinisius 2018-ci ildə "Flamenqo"dan 45 milyon avro qarşılığında "kral klubu"na transfer olub. O, ötən mövsüm İspaniya təmsilçisinin heyətində 53 oyuna çıxaraq 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli