
Fil Dişi Sahilindən olan ulduz Yan Diomande "Real Madrid"in oyunçusu kimi ilk məşqdə iştirak edə bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
"Kral klubu" Diomandenin "Leyptsiq"dən transferini cümə axşamı elan edib.
Oyunçunun məşqdə iştirak etməməsinin səbəbi onun cümə günü səhər saatlarını müxtəlif rəsmi prosedurları və sənədləşmə işlərini tamamlamağa sərf etməsi olub.
Nəticə etibarilə, cinah hücumçusunun Budapeştə yollanan heyətə daxil edilməməsi tamamilə təbiidir.
Diomandenin yoxluğu rəsmən təsdiqlənməsə də, bütün əlamətlər baş məşqçi Joze Mourinyunun "Ferentsvaroş"a qarşı keçiriləcək yoldaşlıq oyununda yeni transferin xidmətindən yararlana bilməyəcəyini göstərir.
19 yaşlı futbolçu ötən mövsüm "Leyptsiq"də 33 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli