
“Sabahın Ulduzları" Bakı Kubokunun U-14 yaş qrupunda 3-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.
"Sumqayıt" ilə "Qarabağ"ın duelində 11 qol qeydə alınıb. Qələbəni bayram edən Ağdam təmsilçisinin heyətində əcnəbi Ceyms Eziaşi poker müəllifi olub.
Digər oyunlara gəlincə, "Qəbələ" "Azərbaycan Qartalları"na uduzub, "Ulduz" isə "Vətən"ə heç bir şans verməyib.
"Sabahın Ulduzları"
U-14, III tur
11 avqust
“Sumqayıt” - “Qarabağ” 4:7
Qollar: Mehrac Əhmədli, 19, 50, 70. Ramal Dünyamalı, 69 - Abdulsalam Rəhimov, 12-pen. Ceyms Eziaşi, 64, 71, 73, 80+1. Elgün Həbibov, 67. İkram Əmirli, 78.
"Azərbaycan Qartalları” – “Qəbələ” 3:1
Qollar: Murad Mustafayev, 68. İsmayıl Bayramzadə, 79, 80+4 - Hüseyn Kərimli, 50.
“Vətən” – “Ulduz” 0:8
Qollar: Ənvər Ağayev, 9; 30. Səid Statema, 12. Tunar Əliyev, 38. Fərahim Kazımlı, 40. Hünər Səmədli, 41. Mehdi Əliyev, 45. Raul Həsənov, 77.
Avqustun 12-də keçiriləcək oyunların təqvimi:
“Neftçi” – “Dostluq”
“Xan” – “Sabah”
“Zirə” – EFA