
Dünyanın aparıcı liqalarında böyük populyarlıq qazanan virtual futbol Azərbaycana da ayaq açıb. AFFA ötən ayın sonunda azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan "APL Fantasy" platformasını rəsmən istifadəyə verdi.
Beləliklə, "APL Fantasy" Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. AFFA sonda qalib olacaq iştirakçılara müxtəlif hədiyyələr təqdim edəcək. Təsadüfi deyil ki, artıq 5000-ə yaxın iştirakçı qeydiyyatdan keçib.
Fanat.Az saytı da bu layihəyə qoşularaq özünün virtual "Fanat.Az Liqası"nı yaradıb.
Hər həftə qalib olacaq iştirakçı bizdən 50 manat mükafat qazanacaq. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər.
Azərbaycan Premyer Liqasının startına çox az vaxt qalır. Artıq sabah çempionatda yeni mövsüm başlayacaq. Odur ki, virtual futbol həvəskarlarını "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir.
Dəyərli iştirakçılara hər tur ərəfəsində Premyer Liqa komandalarının itkiləri - zədəli və cəzalıları, yeni transferləri və digər zəruri məlumatları "Telegram" kanalı vasitəsilə çatdıracağıq ki, heyət formalaşdırarkən bu kimi bilgilərdən faydalana, qalib olmaq şanslarını artıra bilsinlər.
