
Kiprin "Pafos" klubunun şərəfini qoruyan futbolçumuz Murad Məmmədov Avropa Liqasının 3-cü təsnifat mərhələsində matçında komandasını məğlubiyyətdən xilas edib.
Fanat.Az xəbər verir ki, Avstriya nəhəngi "Zalsburq"la qarşılaşan Kipr təmsilçisi meydandan 3:3-lük bərabərliklə ayrılıb.
Oyun olduqca gərgin və dramatik anlarla yadda qalıb. İlk hissəni 2:0 öndə bitirən "Pafos" ikinci hissədə rəqibin hücumlarının qarşısını almaqda çətinlik çəkib. "Zalsburq"un heyətində H. Tabakoviç 54, 58 (penalti) və 70-ci dəqiqələrdə het-trik edərək hesabı 2:3-ə çatdırıb.
Komandası geridə olarkən baş məşqçi Rikardo Sa Pinto 82-ci dəqiqədə V. Draqomirin əvəzinə meydana Murad Məmmədovu buraxıb. Oyuna daxil olduqdan cəmi 2 dəqiqə sonra – 84-cü dəqiqədə səhnəyə çıxan Məmmədov Lelenin ötürməsini qolla tamamlayaraq hesabı 3:3 edib və komandasını məğlubiyyətdən xilas edib.
İki oyunun ümumi nəticəsində (3-4) "Zalsburq" mərhələni keçsə də, Muradın bu performansı gecənin ən çox danışılan hadisələrindən olub.
Kamil Xudiyev