
2-ci Liqada çıxış edəcək “Difai”nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağsu təmsilçisini təcrübəli mütəxəssis Adil Mahmudov
O, bu postda iyunda komandanın sükanı arxasına keçən, ancaq hələ rəsmi debüt etməyən Şəhriyar Məmmədovu əvəz edəcək.
"Difai" Adil Mahmudov üçün yad klub deyil. O, 2024-cü ildə də aşağı liqa təmsilçisini çalışdırıb.
Qeyd edək ki, “Difai” 1-ci Liqada ötən mövsümü sonuncu sırada başa vuraraq 2-ci liqaya düşüb.
Mirağa