
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə Bakıda mətbuat konfransı keçirdib və jurnalistlərin suallarını cavablayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçla bağlı gözləntilərini bildirib:
"Çox vacib səfərə çıxırıq. Keçmişdə tanış olduğumuz komandadır. Azarkeş dəstəyi yaxşı klubdur. Yaxşı nəticə ilə dönmək istəyirik. Gərgin qrafikdə çalışırdıq. Normal məşqlər edə bilmədik. Komandaya istirahət vermişik. Sabah məşqimiz var orada çalışacağıq heyəti tam hazırlayaq. Oyunçuların təcrübəsi inanıram ki, bəs edəcək".
- “Qarabağ” tarixinin ağır dönəmindən keçir.
- Belə dönəmlərimiz çox olub. Buna çətin deməzdim. Futbolun bir hissəsidir. Biz Avropada oynamaqdan vaz keçmək istəmirik. Adaptasiya baxımından da yaxşı olacaq.
- Sizə elə gəlmir ki, Qarabağ”ın üzərində son vaxtlar təzyiq daha çoxdur? Bir də “Tvente” əvvəlki komandalardan nəyə görə fərqlənir?
- Uğurlarımıza göz yumarlar, ya yox, bilmirəm. Nə cavab verim? Avropa oyunlarıdır, hamımız Azərbaycan komandalarının yanında olmalıyıq. Həmişə çətin dönəmlər və güclü rəqiblər olub. Elə böyük komandalar var ki, ÇL-də 1/4 finaıla çıxmayıb və ya liqa çempionu ola bilməyib. Bu cür hallar baş verir. Rəqibləri kiçiltmək lazım deyil. “Dinamo Kiyev” güclü komandadır. Onlara qarşı oynamaq bizim üçün prestij idi. Tarixdə yazılacaq ki, “Qarabağ” qalib gəlib. Kim nə fikir bildirsə də, o tarixdə elə qalacaq.
Çatışmazlıqlar var. Daha yaxşı ola bilərdik. İşimizdən yorulmuruq. İş saatımızı çoxaldırıq.
“Tvente”yə gəlincə, biz əvvəl hazırki vəziyyətdən daha yaxşı idik. Oyunçularımızda zədələr var. Əvvəl daha istəkli oynayırdıq. Niderland təmsilçisi kommunikativ futbol oynayır. Sürətli və fərqli oyun nümayiş etdirirlər. Biz də çalışırıq ki, azarkeşlər üçün maraqlı futbol olsun.
- Elvin Cəfərquliyev iki həftə olmayacaq, Abdulla Zubir də yoxdur. Sol cinah üçün oyunçu var, yoxsa o mövqeyə transfer düşünürsünüz?
- Elvinlə Zubir sol cinahda yaxşı anlaşırdılar. Həmişə bir-birini tamamlayırdılar. Mütləq əvəzləyəcəyik. Solda sağ ayaqlı istəyirəm. Belə oyunçi Sepasdır. Ancaq hələ "Tvente"ni düşünürük. Ora yeni oyunçu da ola bilər, mümkündü ki transfer edək.
- Zubir komandadan ayrıldıqdan sonra 10 nömrəli forma sahibsiz qalıb. Onun formasını kimə verəcəksiniz, namizədiniz var?
- İstəyənlər çoxdur. Hələ gözləyirik.
- İştirak ərizəsində dəyişikliklər mümkündürmü?
- Bu mərhələ üçün yeni transfer plalaşdırırdıq. Amma keçidi son anda alınmadığı üçün iştirak ərizəsində dəyişiklik edilmədi. Amma axşama kimi vaxtımız var.
Əlisahib İbrahimli