
MLS liqasının növbəti turunda "İnter Mayami" "Filadelfiya Yunion"un qonağı olub.
Fanat.Az xəbər verir ki, tərəflər arasında gərgin keçən mübarizədə qalib tapılmayıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
"Çəhrayılar"da oyunun 21-ci dəqiqəsində Lionel Messi, Luis Suares və Daniel Pinter üçlüyünün ifasında ilk qol vurulub. 26-cı dəqiqədə isə Messi topu tora qovuşdurub.
Hər iki tərəf qırmızı vərəqə ilə cəzalandırılıb.