
"Çelsi"nin və Ukrayna millisinin hücumçusu Mixail Mudrık klubunu dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, o, tezliklə "Lids"in oyunçusu ola bilər.
Bu barədə "Krrish" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, üçqat İngiltərə çempionu ukraynalı cinah oyunçusunun transferi ilə bağlı "mavilər"ə rəsmi təklif göndərib.
"Lids" Mudriki cari mövsümün sonuna qədər icarəyə götürməyi və daha sonra ona transfer hüququ verməyi planlaşdırır. Sözügedən klub "Çelsi"yə oyunçunun maaşını 50/50 nisbətində bölüşdürməyi təklif edib. Lakin "Çelsi" "Lids"in Mudrikin maaşının 100 faizini ödəməsini istəyir. Londonlular həmçinin, oyunçusunun icarəsi üçün ən azı 2 milyon funt sterlinq (təxminən 2,3 milyon avro) almaq istəyirlər.
"Lids" yaxın günlərdə daha yaxşı təklif irəli sürəcək, çünki Mudrik klubun yay transfer pəncərəsi üçün prioritet hədəfidir. Mixail özü də keçmiş İngiltərə çempionuna keçməyə qarşı deyil.
Mirağa